FHN Bakıda restorandakı yanğınla bağlı məlumat yaydı - VİDEO

15:07 02.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Bu barədə hafta.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində restoranda yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.