FHN-ə məxsus amfibiya təyyarəsi Türkiyəyə yola düşdü

17:49 23.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Respublikasının Muğla bölgəsində hazırda meşə yanğınları davam edir. Yanğınların söndürlməsində iştirak etmək üçün birbaşa Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus “BE-200ÇS” amfibiya tipli təyyarəsi 10 nəfərlik heyətlə Türkiyə Respublikasının Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşüb.

Hafta.az-ın məlumatına görə, təyyarə bu gündən etibarən Türkiyədə baş verən yanğınların söndürülməsində iştirak edəcək.

Sözügedən təyyarə suyun üzərində durmadan 18-20 saniyə ərzində 12 tona yaxın sugötürmə qabiliyyətinə malikdir.

Oxunma sayı 257
Siyasət rubrikasından digər xəbərlər