Yazını böyüt
Yazını kiçilt
Quba rayonunun Qorxmazoba kəndində yaşayış evində yanğın baş verib.
Hafta.az-ın "Report"a istinadən məlumatına görə, ev sahibi Həbib Məmmədovhadisə ilə bağlı FHN-in Quba Yanğından Mühafizə Xidmətinin "qaynar xətti"nə zəng edib.
Lakin yanğını söndürməyə gələn yanğınsöndürən avtomobil Vəlvələ çayında batıb. Yanan ev kənd sakinləri tərəfindən söndürülüb. Nəticədə yaşayış evinin 1 otağı və içərisində olan mebel, yataq dəstləri yanıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, rayon mərkəzinə ən yaxın yol Vəlvələ çayının içindən keçir.