Fransa səfiri Füzulidə mina partlayışında həlak olanlarla bağlı başsağlığı verib

13:03 01.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fransanın Azərbaycandakı səfiri Zakari Qross mina partlaması nəticəsində Füzulidə iki vətəndaşın həlak olması ilə bağlı başsağlığı verib.

Hafta.az-ın məlumatına görə, bu barədə səfir twitter səhifəsində yazıb.

“Füzuli rayonu ərazisində piyada əleyhinə minanın partlaması nəticəsində Amid Əsədov və Çərkəz Quluzadənin həlak olması xəbəri məni kədərləndirdi”, - paylaşımda deyilir.

Xatırladaq ki, sentyabrın 30-u Füzuli rayonunun Yuxarı Dilağarda kəndi ərazisində 1986-cı il təvəllüdlü Amid Əsədov və 2007-ci il təvəllüdlü Çərkəz Quluzadənin minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Oxunma sayı 1823
Siyasət rubrikasından digər xəbərlər