Futbolçumuz “Hannover”lə oyuna start heyətində çıxıb

13:03 02.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisinin üzvü Zeyd Nəsirulla Bundesliqanın Gənclər Liqasında növbəti oyununu keçirib.

Hafta.az xəbər verir ki, müdafiəçi “Hannover”lə matçda "Berliner" forması ilə ilk dəfə start heyətində meydana çıxıb.

Gərgin və maraqlı keçən görüş “Hannover”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.