Futzal millimizin Avropa çempionatındakı rəqibləri müəyyənləşib

22:19 18.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 18-də Niderlandın Zeist şəhərində gələn il yanvarın 19-dan fevralın 6-dək bu ölkədə təşkil olunacaq Avropa çempionatının final mərhələsinin püşkü atılıb.

Hafta.az xəbər verir ki, ilk dəfə 16 komandanın iştirakı ilə keçiriləcək qitə birinciliyinin həlledici mərhələsində millimiz “D” qrupunda yer alıb və Gürcüstan, Bosniya və Herseqovina və İspaniya komandaları ilə qarşılaşacaq.

Bu qrupun oyunları Niderlandın Qroningen şəhərdə keçiriləcək.

Oxunma sayı 20