Gələn həftə havanın temperaturu yüksələcək

14:55 19.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Artıq bir neçə gündür ki, İspaniya, Fransa və digər Avropa ölkələrində qeyri-adi istilər müşahidə edilir. Havanın temperaturu 40 dərəcə yüksəlib”.

Hafta.az-ın xəbərinə görə, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Umayra Tağıyeva deyib ki, bu cür istilərin bizim ölkəmizdə də olacağı barədə sakinlərimiz bizə suallarla müraciət edirlər: “Sinoptik şəraitin təhlili göstərir ki, paytaxtda gələn həftə ərzində maksimal temperatur kölgədə 34 dərəcəyə yaxın olacaq, iyun ayının 22-də 37 dərəcəyədək yüksələcək".

Xidmət rəisi qeyd edib ki, iyunun 22-də axşam şimal küləyinin güclənməsi ilə bağlı ayın 23-24-də temperatur bir qədər aşağı enəcək və 32-34 dərəcə intervalında olacaq.

Umayra Tağıyevanın sözlərinə görə, gələn həftənin sonunda isə havanın temperaturu yenidən yüksələcək.