Gələn həftə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

15:26 25.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aprelin 27-si gündüzdən 28-i gündüzədək Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.