2024-cü ilin dövlət büdcəsinin layihəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 2811,4 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
Qeyd olunub, bu vəsaitin 1376,0 milyon manatını və ya 48,9 faizini dövlət büdcəsindən əhalinin icbari tibbi sığortalanması payına düşən öhdəliyi təşkil edir. Bu cari illə müqayisədə 112,2 milyon manat və ya 8,9 faiz çoxdur.
Bu xərcin artımı əsasən əhalinin sayının növbəti ilə ehtimal olunan artımı və cari ilin sonuna gözlənilən inflyasiya faizinə uyğun olaraq indeksləşdirilməsi ilə bağlıdır. Belə ki, 2024-cü il dövlət büdcəsinin layihəsində adambaşına düşən icbari tibbi sığorta haqqı 122 manat 94 qəpik götürülüb ki, bu da 2023-cü ilin sonuna gözlənilən 9,5 faizlik istehlak qiymətlərinin indeksinə uyğun artırılıb.