Gənc qızı sosial şəbəkə ilə şantaj edən oğlan tutuldu

10:39 18.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan bir qadın qızının şəkillərindən istifadə edən şəxsin sosial şəbəkədə səhifə açaraq digər şəxsləri təhqir etməsini, habelə ona hədə-qorxu gəlib pul tələb etməsini bildirib.

 

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) hafta.az-a verilən məlumatda bildirilib.


Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən 19 yaşlı Y.Məmmədov müəyyən edilərək saxlanılıb.  

 

Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.