Gənc qohumunu ürəyindən bıçaqladı

23:21 14.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağstafada qətl hadisəsi baş verib.

 

Hafta.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Köçüəsgər kəndində qeydə alınıb.

 

2001-ci il təvəllüdlü Vəlizadə Çingiz Aslan oğluna yaşadığı evin önündə 1999-cu il təvəllüdlü Əsgərov Əli Mübariz oğlu ürək nahiyəsindən bıçaq zərbəsi endirib.

 

O, hadisə yerində dünyasını dəyişib. Mübahisə edənləri aralamaq istəyən kənd sakini, 1997-ci il təvəllüdlü Vəliyev Nurlan Kələntər oğlu da bıçaq xəsarəti alıb.

 

O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

 

Hadisəni törədən şəxs tutulib.

 

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Qeyd edək ki, Çingiz Vəlizadə ilə Əli Əsgərov dayıoğlu-bibioğludurlar.