Gəncədə 1 nəfər intihara cəhd edib

09:00 11.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncə şəhərində 1 nəfər çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) hafta.az-a verilən məlumata görə, FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.