Yazını böyüt
Yazını kiçilt
Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə yardımı ilə “ Bilik gücümüzdür ” layihəsi çərçivəsində sonuncu tədbirini 15 oktyabr 2020-ci ildə saat 14.00 təşkil etdi.
Gənclərin Tənhalara Dayaq İctimai Birliyi"nin sədri Xoşbəxt Seyidova çıxış edərək, layihə haqqında məlumat verib. Onun sözlərinə görə, pandemiya zamanı gənclərimiz qapalı vəziyyətdə olduqları üçün dəstəyə daha çox ehtiyacları var.Seminarların əsas məqsədlərindən biri gənclərimizin özgüvənlərin artırmaq, diqqətlərini təhsilə yönəltmək, həmyaşıdları ilə münasibət qurmaqda çətinlik çəkməməkdir.