Gənclər arasında zorakılığa qarşı mübarizə istiqamətində maarifləndirici onlayn seminarlar keçirilib  

16:13 15.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyi 5-15 oktyabr 2020 il tarıxlərində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “ Bilik gücümüzdür ”adlı layihəni müvəffəqiyyətlə həyata keçirmişdir.

Gənclərin Tənhalara Dayaq İctimai Birliyinin sədri Xoşbəxt Seidova çıxış edərək, layihə haqqında ətraflı məlumat verib. Pandemiya dövründə gənclərimiz qapalı vəziyyətdə olduqları üçün dəstəyə daha çox ehtiyacları var. Təşkil edilən seminarlar gənclərin özgüvənlərini artıracaq, diqqətlərini təhsilə yönəldəcək, həmyaşıdları ilə münasibət qurmaqda çətinlik çəkməyəcəklər. Tədbirlərin keçirilməsində bizə şərait yaradan və başlıca dəstək olan Preziden Administrasiyasının əməkdaşlarına,Təhsil Nazirinə və əməkdaşı İlahə Qaydalıyeva, Xətai Rayon İcra hakimiyəti başçısı və əmakdəşlarına, Xətai rayon Gənclər və İdman İdarəsinin rəhbərliyinə, əməkdaşı, Elvin Orucova Binəqədi Rayon İcra Hakimiyətinin əmakdaşlarına öz dərin təşəkkürlərimizi bildiririk.