Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb

18:44 05.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları üç fakt üzrə tütün məmulatlarının ölkəyə gömrük nəzarətindən gizli yolla gətirilməsi cəhdinin qarşısını alıblar.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən hafta.az-a bildirilib ki, hər üç fakt “Qırmızı Körpü” gömrük postunda qeydə alınıb.

Gürcüstan istiqamətindən ölkəmizə daxil olan “DAF”, “Mercedes-Benz 1840 LS” və “Mercedes-Benz Actros” markalı avtomobillərə gömrük baxışı həyata keçirilib. Bu zaman nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən 6160 ədəd müxtəlif markalı siqaret aşkarlanıb.

Hər üç faktla bağlı araşdırma aparılır.

Oxunma sayı 3054
Sosial rubrikasından digər xəbərlər