Gömrükçülərimiz brilyant qaşlar AŞKARLADI

12:03 18.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları brilyant qaşların ölkənin gömrük sərhədindən qanunsuz keçirilməsi cəhdinin qarşısını alıblar.

Hafta.az xəbər verir ki, bu barədə Komitənin məlumatında bildirilib.

Məlumata görə, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşının əl yükünə gömrük yoxlaması keçirilən zaman monitorda şübhəli cizgilər müşayiət olunub və gömrük yoxlaması tətbiq edilib.

Yoxlama zamanı həmin şəxsin çantasında olan pul qabında gömrük orqanlarına bəyan edilməyən 7 ədəd kiçik ölçülü sellofan paketlərdə 111,95 karat brilyant qaşlar aşkarlanıb.