Google chatbot səhvindən sonra 100 milyard dollar itirdi

19:55 09.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Bard çat-botunun süni intellekt elementləri ilə səhv ucbatından Google-un ana şirkəti olan Alphabet-in səhmlərinin dəyəri təxminən 8% ucuzlaşıb və kapitallaşmanın təxminən 100 milyard dollar azalmasına səbəb olub, Reuters xəbər verir.

Qeyd olunur ki, fevralın 8-də Nyu-York Fond Birjasında keçirilən gündəlik ticarətdə səhmin qiyməti 99,37 dollara düşüb. Bard yalançı kəşfi Ceyms Uebb teleskopu ilə əlaqələndirib.

Yeni süni intellekt chatbotunun canlı nümayişi zamanı onlar soruşublar: “Doqquz yaşında olan uşağıma Ceyms Uebbin hansı yeni kəşflərini deyə bilərəm?”.

Bot iki düzgün cavab verib, üçüncüsü isə səhv olub və deyib ki, bu teleskop ekzoplanetlərin və ya günəş sistemindən kənar planetlərin ilk şəkillərini çəkdi.

NASA-nın məlumatına görə, ekzoplanetin əsl ilk şəkli daha əvvəl, 2004-cü ildə peyda olub. Və şəklin müəllifi Avropa Cənub Rəsədxanasının çox böyük teleskopu (Very Large Telescope və ya VLT) idi.

Agentlik bot səhvini Google-un OpenAI və onun ChatGPT kimi bazarın digər oyunçuları ilə rəqabət fonunda layihəni təqdim etməyə tələsməsi ilə əlaqələndirib.