Yazını böyüt
Yazını kiçilt
Google sözçüsü açıqlamasında bildirib ki, bu həftənin əvvəlində bir işçi şirkətin sponsorluq etdiyi rəsmi tədbirdə təqdimat edən həmkarının danışmasına mane olub.
Hafta.az-ın yazdığına görə, sözçü deyib ki, “Məsələdən asılı olmayaraq, bu davranış qəbuledilməzdir və işçi siyasətlərimizi pozduğuna görə işdən çıxarılıb”.
Bazar ertəsi Nyu Yorkda keçirilən tədbirdə “Google Cloud”un mühəndisi israilli bir idarəçinin çıxışını dayandıraraq, "Mən soyqırımı, aparteid və ya nəzarəti gücləndirəcək texnologiya istehsal etmək istəmirəm" demişdi.