Goranboyda qadın dəm qazından boğularaq ölüb

21:43 08.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Goranboyda zəhərlənmə hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Goran qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə sakini 1995-ci il təvəllüdlü G.Məmmədova yaşadığı evdə dəm qazından zəhərlənib. Qadın xəstəxanaya çatırılsada onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.