Göyçayda qadın dəm qazından zəhərlənərək ölüb

22:39 02.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Göyçay rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. 

Bu gün axşam saat 19:00 radələrində Göyçay rayonu Bığır kənd sakini, 1964-cü il təvəllüdlü Umudova Mükafat Eynulla qızı yaşadığı evdə dəm qazından zəhərlənib. 

O, təcili tibbi yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. M.Umudova xəstəxanada dünyasını dəyişib. 

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. apa