Göygöldə iki azyaşlı suda boğuldu - YENİLƏNİB

18:25 11.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Göygöl rayonu, Bəhranbağ qəsəbəsi ərazisində azyaşlıların süni göldə batması barədə məlumat daxil olub.

Bu barədə hafta.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub.

Dalğıclar tərəfindən 2017-ci il təvəllüdlü Həsənov Ramil Rövşən oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Göldə batan digər azyaşlı, 2016-cı il təvəllüdlü Nəsibov Yusif Sərxan oğlunun da meyiti tapılıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

***

Göygöl rayonunda 2 nəfər göldə boğularaq ölüb.

Hafta.az xəbər verir ki, 2 nəfərin göldə çimən zaman batdığı bildirilir.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. 

Xilasedicilər tərəfindən hər iki şəxsin meyiti tapılaraq sudan çıxarılıb./apa/