“Qarabağ” bu futbolçu ilə yeni müqavilə imzalayıb

13:39 11.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Qarabağ” futbolçusu Pedro Bikalyo ilə müqavilə müddətini uzadıb.

Hafta.az xəbər verir ki, Klubun məlumatına görə, braziliyalı yarımmüdafiəçi ilə yeni 3 illik sözləşmə imzalanıb. Razılaşmaya əsasən, Pedro Bikalyo 2029-cu ilin yayına qədər Ağdam təmsilçisinin uğurları üçün mübarizə aparacaq.

2025-ci ildən “Qarabağ”ın formasını geyinən 24 yaşlı futbolçu 51 oyun keçirib və 1 qola imza atıb.