Göygöldə qanunsuz ağac kəsən şəxs saxlanılıb - FOTO

20:39 20.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Göygöl Rayon Polis Şöbəsinə rayonun Şəhriyar kəndi ərazisində naməlum şəxs və ya şəxslər tərəfindən 2 ədəd qovaq ağacının kök hissəsindən kəsilməsi və təbiətə 2450 manat məbləğində ziyan dəyməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan hafta.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində ağacları kəsməkdə şübhəli bilinən rayon sakini Savalan Əliyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.