Güləşçimiz dünya çempionu oldu

23:03 08.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov final görüşündə çıxış edib.

Hafta.az-ın məlumatına görə, 82 kq çəki dərəcəsindəki idmançı türkiyəli Burhan Akbudakla qüvvəsini sınayıb.

Rəqibinə 2:1 hesabı ilə qalib gələn Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı karyerasında ilk dəfə dünya çempionu olub.

Oxunma sayı 31