Guneyxırman və Quzeyxırman kəndlərinə 39 ailə köçüb

13:50 08.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd rayonunun Güneyxırman və Quzeyxırman kəndlərinə ilk köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr yurdlarına qovuşublar.

Hafta.az xəbər verir ki, bu gün Xocavəndin Quzeyxırman kəndi 21 ailəyə (87 nəfər), Güneyxırman kəndi isə 18 ailəyə (72 nəfər) qucaq açıb.

Köçürülən sakinlərin məskunlaşması üçün kəndlərdə lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib.

Keçmiş məcburi köçkünlər onlar üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, torpaqlarımızı işğaldan azad edən şəhidlərimizə rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıblar.