Yazını böyüt
Yazını kiçilt
Gürcüstanda koronavirusa yoluxanların sayı 4-ə çatıb.
Hafta.az xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi məlumat yayıb.
Bildirilib ki, koronavirusa yoluxan şəxs bazar günü İtaliyadan qayıdan Gürcüstan vətəndaşıdır.
Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da qeydə alınıb.