Hacıqabulda çayxana yanıb

21:17 09.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hacıqabul şəhərində ümumi sahəsi 60 m² olan birmərtəbəli çayxananın dam örtüyünün yanar konstruksiyaları 12 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, çayxananın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.