Hakan Fidan Bakıya səfər edəcək

16:04 14.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün gecə Bakıya rəsmi səfər edəcək.

Hafta.az-ın məlumatına görə, TurkicWorld bu barədə Türkiyə diplomatik mənbələrinə istinadən xəbər verir.

Xatırladaq ki, Hakan Fidan 14 dekabr 2023-cü il tarixində Azərbaycana rəsmi səfər edib.

O, səfər çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında iştirak edib.