Hakan Fidan suriyalı həmkarı ilə bir arada

19:52 06.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin xarici işlər naziri Hakan Fidan Fransanın paytaxtı Parisdə suriyalı həmkarı Əsəd Şeybani ilə görüşüb.

Hafta.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi X hesabında məlumat yayıb.

Görüşün təfərrüatı açıqlanmayıb.

Qeyd edək ki, görüş Ukraynaya dəstəklə bağlı yaradılan "Könüllülər koalisiyası”nın sammiti çərçivəsində baş tutub.