Hazırda xəstəxanalarda 50 koronavirus xəstəsi var - Vüqar Qurbanov

13:21 07.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hazırda xəstəxanalarda müalicə alan koronavirus xəstələrinin sayı azalıb.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov deyib.

O bildirib ki, aktiv koronavirus xəstələrindən 50 nəfərinin müalicəsi hazırda xəstəxana şəraitində davam etdirilir.

"Onların vəziyyəti stabilləşməyə doğru gedir və yaxın müddətdə evə buraxılacaqlar", - deyə o əlavə edib.