Həftənin HAKİMİ - Həftə-reytinq

10:38 06.04.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev İnam Kərimovun kənd təsərrüfatı naziri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb. Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb. Dövlət başçısının digər Sərəncamı ilə İnam İmdad oğlu Kərimov Ali Məhkəmənin sədri təyin edilib.

 

Həftənin MÜTTƏHİMİ

ABŞ-nin sabiq prezidenti Donald Tramp qiyabi həbs edilib. Həbs ona qarşı ittiham irəli sürülənədək davam edəcək. Yarım saat ərzində Trampın məhkəməni sərbəst tərk edəcəyi gözlənilir. Qeyd edək ki, ABŞ tarixində ilk dəfə keçmiş prezident cinayət məsuliyyətinə cəlb oluna bilər. Xatırladaq ki, Tramp pornoaktrisa Stormi Danielsə aralarındakı münasibəti gizlətməsi üçün pul verməkdə ittiham olunur.

 

Həftənin QƏRARI

Güzəştli ipoteka krediti və sosial mənzil almaq hüququ verilən şəxslərin siyahısına səhiyyə işçilərinin də əlavə edilməsi təklif olunur. Bu, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2023-2025-ci illər üçün Baş Kollektiv Sazişdə əksini tapıb.

 

Həftənin PROQNOZU

“Hələ görərik, bəlkə, Maksim Qalkin, ya Alla Puqaçova prezident oldu. Bu, möcüzə olardı”. Bu sözləri Latviyanın Xalq artisti Layma Vaykule tanınmış aparıcı Kseniya Sobçakın “Ostorojno: Sobçak!” yutub layihəsində deyib. O, Qalkinə səs verəcəyini bildirib: “Düşünürəm ki, rusiyalılar da səs verərdi. Rusiyalılar, düşünün”.

 

Həftənin CƏRİMƏLİSİ

Böyük Britaniyada immiqrasiya üzrə nazir Robert Jenrik 6 ay avtomobil idarə edə bilməyəcək. Buna səbəb Jenrikin ötən ilin avqustunda Londonu ölkənin şimalındakı Lids şəhəri ilə birləşdirən M1 avtomobil yolunda sürət həddini 40 mil (təxminən 65 kilometr) pozmasıdır. Məhkəmədə saatda 68 mil (təxminən 110 kilometr) sürətlə getdiyini etiraf edən Jenrik, altı ay qadağa və 1639 funt sterlinq cərimə edilib.

 

Həftənin CƏZASI

"Fulhem"in oyunçusu Aleksandar Mitroviç cəzalandırılıb. Bu barədə İngiltərə Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Mitroviçə 8 oyunluq cəza verilib. Buna səbəb isə onun İngiltərə kubokunun 1/4 finalında "Mançester Yunayted"lə keçirilən oyundakı davranışı olub. Futbolçunun baş hakimin qərarlarına emosional etirazı onun 40 min funt-sterlinq dəyərində cərimə olunması ilə də nəticələnib.

Oxunma sayı 194