ABŞ Kanada məhsullarına əlavə idxal rüsumu tətbiq edib

09:04 21.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Prezidenti Donald Tramp Kanada məhsullarına əlavə 50 faiz idxal rüsumunun tətbiq edilməsi barədə qərar qəbul edib.

Hafta.az xəbər verir ki, Ağ Evin məlumatına görə, yeni tariflər Kanadanın ABŞ məhsullarına qarşı ayrı-seçkilik siyasətinə cavab olaraq tətbiq olunub.

Bildirilib ki, rüsumlar şərab, sement və digər geniş çeşidli məhsullara şamil ediləcək. Enerji məhsulları, kalium, dəniz məhsulları və mühüm minerallar isə yeni tariflərdən azad tutulacaq.

Qərar imzalandıqdan 30 gün sonra qüvvəyə minəcək.