Həftənin YAXTASI - Həftə-reytinq

11:05 12.05.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Almaniyanın Hamburq limanında Azərbaycan əsilli oliqarx Fərhad Əhmədova məxsus  “Luna” yaxtasına həbs qoyulub. Məlumata görə, Almaniya Federal Kriminal Polis İdarəsi Rusiyada yaşayan Fərhad Əhmədovun dəbdəbəli gəminin sahibi olan Lixtenşteyn trestinin əsas benefisiarının olduğunu müəyyən edib. Qeyd edək ki, yaxtanın 400 milyon dollar dəyərində olduğu bildirilir.

 

Həftənin TƏLTİFİ

Ukrayna Prezidenti Volodimir Zelenski növbəti dəfə ölkəsində gedən müharibədə fərqlənən bir sıra hərbçiləri təltif edib. Onların arasında azərbaycanlılar da var. Ukrayna Ali Baş Komandanının sərəncamına əsasən, Raqif Vaqif oğlu Əliyev və Məcid Marlen oğlu Abdulqafarov Ukraynanın "İgidliyə görə" ordeni ilə təltif olunub. Hər iki azərbaycanlı Ukrayna Silahlı Qüvvələrinin çavuşudur.

 

Həftənin QƏRARI

“Tesla” və “SpaceX”in baş direktoru İlon Mask ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı qoyulan tviter qadağasını ləğv edəcəyini açıqlayıb. Bu haqda Mask “Financial Times”ın onlayn təşkil etdiyi "Maşının gələcəyi" adlı tədbirdə çıxış edərkən deyib. "Bu, əxlaqi baxımdan pis və axmaq bir qərar idi. Donald Trampa qadağa qoymaq doğru deyildi, səhv idi", - o deyib.

 

Həftənin XƏSTƏSİ

“Microsoft”un yaradıcısı Bill Qeyts koronavirusa yoluxub. Bu barədə milyarderin özü rəsmi tviter hesabında yazıb. O, COVİD testinin müsbət olduğunu bildirib: “Yüngül simptomlar var. Yenidən sağlam olana qədər tərcid olunub mütəxəssislərin tövsiyələrinə əməl edirəm”.

 

Həftənin TƏKZİBİ

Ermənistanın Baş nazirinin ofisi Nikol Paşinyanın istefası ilə bağlı yayılan xəbərləri təkzib edib. Baş nazirin aparat rəhbərinin müavini Taron Çaxoyan sosial şəbəkədə yazıb ki, “yalan şayiələr yayanlar baş nazirin istefasını öz qulaqlarının dibini görəndə görəcəklər”:

 

Həftənin VİDASI

Türkiyədə “Survivor All Star”da iştirak edən azərbaycanlı kikboksçu Pərviz Abdullayev (Kobra Pərviz) yarışma ilə vidalaşıb. Buna onun zədələnməsi səbəb olub. Məlumatı izləyicilərə yarışmanın aparıcısı Acun İlıcalı çatdırıb. Onun sözlərinə görə, risk almamaq üçün belə qərar verilib.

 

Həftənin TƏBRİKİ

FIFA-nın prezidenti Gianni İnfantino Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubla “Qarabağ” Futbol Klubunu Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümünün qalibi olması münasibətilə təbrik edib. Bu münasibətlə o, AFFA prezidenti Rövnəq Abdullayevə məktub yollayıb.  Məktubda Ağdam klubunun 9-cu çempionluğu qeyd edilib.

Oxunma sayı 51