Hər bir kütləvi məzarlıqla bağlı cinayət işi başlanıb – Hərbi prokuror

20:02 29.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bizim 4000-ə yaxın itkin düşmüş vətəndaşımız var. Dövlət Komissiyasının siyashısında bunların hamısı dəqiq var. Təxminən 450 nəfərə yaxını şəxsiyyəti bəlli olmayan insan qalıqları aşkarlanıb. Şuşada 2 yerdə, Kəlbəcərdə, Zəngilanda, Xocavənd rayonunda Edillidə 2 yerdə və Xocavəndin Daşbaşı kəndində, Xocalı rayonunun Fərrux kəndində belə məzarlıqlar aşkar olunub.

Hafta.az xəbər verir ki, bunu Hərbi prokuror Xanlar Vəliyev deyib.

Hərbi Prokuror bildirib ki, onların da böyük bir qismi kütləvi məzarlıqlarda aşkar olunur.

“Ümumilikdə 450-ə yaxın meyit qalığı müəyyən olunub. Amma hissə-hissə də azad olunmuş ərazilərdə bərpa tikinti quruculuq işləri gedişində bu məzarlıqların bir qismi orataya çıxır. Edillidəki məzarlıqları o vaxt əsirlikdə olan vətəndaşımız göstərmişdi. Hətta müharibədə iştirak edən əsir hərbçiləri belə öldürmək olmaz. Çünki ABŞ-ın “Hərb əsirlərlə rəftara dair təsdiq etdiyi pakt var. 49-cu il Cenevre Konvensiyası pozulub. Büütün bunlar hamısı cinayətdir. Və hər bir faktla bağlı cinayət işi başlanıb”, deyə o əlavə edib.