Yazını böyüt
Yazını kiçilt
Ümummilli lider missiyasını öz üzərinə götürən Heydər Əliyev Azərbaycanı davamlı inkişaf yoluna çıxarıb.
Hafta.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin sədri Sahibə Qafarova parlamentin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Milli Qurtuluşumuzun 30 illiyinə həsr edilmiş xüsusi iclasında deyib.
O qeyd edib ki, Heydər Əliyev dünya miqyaslı dövlət xadimi idi. “Heydər Əliyev xalqımızın siyasi mövcudluğunu qoruyub saxladı və dövlətin inkişafının möhkəm təməlini yaratdı. Bu gün müasir Azərbaycan bu möhkəm təməl üzərində inkişaf edir. Heydər Əliyev ideyaları bu gün yaşayır”, - deyə S.Qafarova vurğulayıb.