“Heydər Əliyev SSRİ ərazisindəki bütün türklərin ağsaqqalı idi” - Nizami Cəfərov

16:20 14.06.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Ümummilli lider Heydər Əliyevin 2023-cü ildə 100 yaşının qeyd olunması təkcə Azərbaycan miqyasında izlənilən, təhlil olunan hadisə deyil. Heydər Əliyevin Türk dünyasına, xüsusilə də Türkiyə üçün böyük bir şəxsiyyət olduğunu görməmək mümkün deyil”.

Bunu Hafta.az-a açıqlamasında Milli Məclisin deputatı Nizami Cəfərov bildirib. Onun sözlərinə görə, ümummili liderin keçirdiyi görüşlər, çıxışları, Türk Dünyasında əldə olunmuş o inteqrasiya, birlik sahəsindəki xidmətləri barədə çox danışmaq olar.

“Hələ 90-cı illərin əvvələrində Azərbaycanla türk dövlətlərinin bir çoxunun arasında münasibətlər soyumuşdu. Hətta düşmənçilik həddinə qədər gəlib çatan münasibətlər meydana çıxmışdı. Lakin ümummmilli lider bu məsələlərdə çox böyük ağsaqqallıq elədi və bütün Türk Dünyasının birliyi üçün böyük işlər gördü. Ümummilli liderimiz sovet dövründə sovet türklərinin, SSRİ ərazisində olan türk respublikalarının hamısının ağsaqqalı idi. Liderlər ona xüsusi hörmətlə yanaşırdı və bunun da nəticəsini müstəqillik illərində götdük” deyən deputat Heydər Əliyevin təkcə Türkiyənin prezidenti Süleyman Dəmrəllə dostluğunu ayrıca bir dövr kimi dəyərləndirib.

"Elə o vaxtdan Azərbaycan-Türkiyə arasında münasibətlər o qədər strateji səviyyəyə gəlib çatmışdı ki, pozulması heç cür mümkün olmadı. Bunun ardınca Bakı-Ceyhan neft boru kəməri çəkildi, digər iqtisadi münasibətlər inkişaf etdi. O zaman Süleyman Dəmrəl demişdi ki, biz Azərbaycanla Türkiyəni bir-birinə Dəmir borularla bağladıq, heç kim bunu ayıra bilməz. Elə həmin ərəfələrdə hakimiyyətə gələn Ərdoğanın ümummili liderlə ilk təmasları, ilk görüşləri Azərbaycan -Türkiyə münasibətərinə xüsusi bir rövnəq verdi, stimullaşdırdı”, - Nizami Cəfərov deyib.

Siyasət rubrikasından digər xəbərlər