Hipermarketdə öldürülən şəxsin FOTOSU

14:57 04.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, bu gün Bakının Xətai rayonu ərazisində yerləşən hiperkarketlərdən birində silahlı insident baş verib. Hadisə nəticəsində bir nəfərin öldüyü, daha iki nəfərin yaralandığı bildirilir.

Hafta.az-ın məlumatına görə, silahlı hücuma məruz qalan şəxsin banklardan birinin inkassatoru olduğu deyilir. İnsidentin detalları məlum deyil. Hazırda faktla bağlı araşdırma aparılır.

Məlumata görə, ölən şəxs Həsənov Rüfət Rahib oğludur.