İki doza arasında 500 minlik fərq – ÜÇ AYA YAXINDIR NİYƏ DƏYİŞMİR?

16:16 11.01.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Bu gün ölkəmizdə qüvvətləndirici doza peyvənd olunanların sayı kifayət qədər yüksəkdir. Lakin 4-5 aydan çoxdur ki ölkədə, ilk doza peyvənd olunan vətəndaşlarla, 2-ci doza peyvənd olunanlar arasında 500000 nəfər qədər kəskin fərq var. Bəs görəsən buna səbəb nədir? 1-ci doza vaksin olunan vətəndaşlar hansı səbəblərdən 2-ci doza vaksin olunmaqdan yayınırlar?

Məsələ ilə bağlı hafta.az-a açıqlama verən TƏBİB-in mətbuat xidmətinin rəhbəri Elnarə Baxış söylədi ki, peyvəndləmənin vacibliyi ilə bağlı mütəmadi olaraq maarifləndirmə aparılsa da insanların vaksinasiyadan yayınmasına müxtəlif səbəblər ola bilir:

“Vaksinasiya strategiyasına uyğun olaraq ölkəmizdə peyvəndləmə prosesi könüllü prinsiplərlə həyata keçirilir. Təbii ki, aidiyyatı qurumlar tərəfindən vaksinasiya ilə bağlı mütəmadi müxtəlif maarifləndirici tədbirlər aparılır. Bu da öz növbəsində insanların vaksinasiyaya marağını artırmış olur. İnsanlar fərqli fikirlərdə ola bilər. Sualınızla bağlı konkret bir fikir söyləmək çox çətindir. Bunu yəqin ki, insanlar arasında sorğu keçirərək müəyyənləşdirə bilərsiniz. Ümumilikdə isə Vaksinasiya prosesi “görünməz düşmənə” qarşı mübarizədə əsas vasitələrdəndir. Bu səbəbdən vətəndaşlarımızı peyvəndləmə prosesində daha aktiv olmağa dəvət edirik”.