İki uşaq anasının qətli - Ər şübhəli bilinir

14:45 16.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda qadın qətlə yetirilib.

Hafta.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, M.Xiyabani küçəsi, 2a ünvanında baş verib. Həmin ünvanda yaşayan qadın odlu silahdan açılan atəş nəticəsində öldürülüb.

Hadisədə qadının həyat yoldaşının şübhəli bilindiyi deyilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, cütlüyün birgə nikahdan iki övladı var.