Elxan Cahangir oğlu Qəhrəman Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Prezidentin Mətbuat Xidmətinin məlumatına görə, bununla bağlı İlham Əliyev Sərəncam imzalayıb.
Prezidentin daha bir Sərəncamı ilə Emil Zülfüqar oğlu Kərimov Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
***
Yaşar Teymur oğlu Əliyev Azərbaycan Respublikasının Kuba Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Prezidentin Mətbuat Xidmətinin məlumatına görə, bununla bağlı İlham Əliyev Sərəncam imzalayıb.
Prezidentin daha bir Sərəncamı ilə Ruslan Novruz oğlu Rzayev Azərbaycan Respublikasının Kuba Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
***
Rəşad İntiqam oğlu Novruz Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Prezidentin Mətbuat Xidmətinin məlumatına görə, bununla bağlı İlham Əliyev Sərəncam imzalayıb.
***
Nəsimi Məhəmmədəli oğlu Ağayev Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.
Prezidentin Mətbuat Xidmətinin məlumatına görə, bununla bağlı İlham Əliyev Sərəncam imzalayıb.
Prezidentin digər Sərəncamı ilə Nəsimi Məhəmmədəli oğlu Ağayev Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
***
Elxan Polux oğlu Poluxov Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında və eyni zamanda Ekvador Respublikasında, Qayana Kooperativ Respublikasında, Surinam Respublikasında, Trinidad və Tobaqo Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Prezidentin Mətbuat Xidmətinin məlumatına görə, bununla bağlı İlham Əliyev Sərəncam imzalayıb.
Prezidentin digər Sərəncamı ilə Elxan Polux oğlu Poluxov həmçinin Azərbaycan Respublikasının Karib Hövzəsi Ölkələri Birliyi yanında səlahiyyətli nümayəndəsi vəzifəsindən də geri çağırılıb.
***
Ramin Müzəffər oğlu Həsənov Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Prezidentin Mətbuat Xidmətinin məlumatına görə bununla bağlı İlham Əliyev Sərəncam imzalayıb.
Prezidentin digər Sərəncamı ilə Ramin Müzəffər oğlu Həsənov Azərbaycan Respublikasının Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
***
Rəmzi Kazım oğlu Teymurov Azərbaycan Respublikasının Koreya Respublikasında və eyni zamanda Monqolustanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Prezidentin Mətbuat Xidmətinin məlumatına görə bununla bağlı İlham Əliyev Sərəncam imzalayıb.
Prezidentin digər Sərəncamı ilə Rəmzi Kazım oğlu Teymurov Azərbaycan Respublikasının Argentina Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.