Amnistiya ilə bağlı qərar hələ qüvvəyə minməsə də, gözləntilər böyükdür.
Bu fikirləri hafta.az-a Beynəlxal İnsan Hüquqları Cəmiyyətinin Azərbayacan milli bölməsinin rəhbəri Səadət Bənənyarlı bildirib.
Onun sözlərinə görə, bu amnistiyada böyük bir məhkum təbəqəsi əhatə olunacaq.
“Düşünürəm, amnistiya 10 mindən artıq məhkumun işində öz əksini tapacaq. Burada xüsusi məqam amnistiyanın I-II Qarabağ müharibəsi iştirakçılarına və onların ailə üzvlərinə şamil olunmasıdır. Bunu müsbət hal kimi qeyd edirəm”.
S.Bənənyarlının Amnistiya aktından başqa digər gözləntiləri əfvin imzalanması ilə bağlıdır.
“Biz ilin sonuna kimi əfv fərmanının da imzalanmasını istərdik. Bir çox müddəlarla amnistiyaya düşməyən insanlar var ki, Prezident öz səlahiyyətindən istifadə edərək onları əfv edə bilər. Amnistiyada istərdim ki, siyasi motivlərlə həbs olunan insanlar əfv olunsun. Cəmiyyətdə siyasi məhbus sözü qalmasın”.