Yazını böyüt
Yazını kiçilt
Rusiya Dəmir Yolları “Qafqazın mirvarisi” adlı turist qatarında yeni xidmət göstərməyə başlayıb.
Hafta.az-ın yazdığına görə, sauna, duş və istirahət zonasından ibarət xüsusi təchiz olunmuş qatarda ilk spa vaqonunu istifadəyə verilib. Artıq sərnişinlər “Qafqaz mirvarisi” qatarının tərkibinə daxil olan sauna vaqonuna təyinatla minə biləcəklər.
Sauna 6 nəfərlikdir. Qiymətə duş, bitki çayı və qəlyanaltı daxildir.
“Qafqazın mirvarisi” qatar marşrutu Rusiyanın Qafqaz şəhərləri Maykop, Vladiqafqaz, Qroznı, Dərbənd və Nalçiki əhatə edir.