İlon Mask: Brüsseldə yerli əhali azalıb

09:57 29.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Amerikalı iş adamı İlon Mask Brüsseldə "böyük əvəzlənmə"nin baş verdiyini və hazırda uşaqların 70%-dən çoxunun avropalı köklərə malik olmadığını bəyan edib.

Hafta.az xəbər verir ki, milyarder bu barədə "X" platformasındakı hesabında yazıb.

"Avropa İttifaqının paytaxtı Brüsseldə uşaqların 73%-i avropalı deyil. Böyük əvəzlənmə artıq baş verib", - deyə o bildirib.

Bu paylaşım şəhərdəki uşaqların 72.9%-nin miqrant ailələrində doğulduğunu göstərən statistikaya reaksiya olaraq edilib.