İmamoğlu Ərdoğana təzminat ödəyəcək

14:02 13.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq rəhbəri Ekrem İmamoğluna qarşı mənəvi təzminat iddiası ilə bağlı qərar qəbul edilib.

Hafta.az xəbər verir ki, məlumatı "Haber Global" yayıb.

Qərara görə, İmamoğlu prezidentə 150 000 türk lirəsi (bugünkü məzənnə ilə təxminən 6 min AZN) təzminat ödəməli olacaq.

Bu gün İstanbul məhkəməsində keçirilən iclaslarda hər iki tərəfin vəkilləri iştirak ediblər. İddiaçının vəkili Ferah Yıldız İmamoğlunun açıqlamalarında birbaşa Ərdoğanı və dövlət qurumlarını hədəf aldığını vurğulayıb. Yıldız, həmçinin cavabdehin heç bir konkret dəlil təqdim etmədiyini bildirib.

İmamoğlunun vəkili iclasın təxirə salınmasını xahiş edib. Lakin qarşı tərəfin müdafiəçisi məhkəmədən qanunauyğun qərar qəbul edilməsini istəyib.

Məhkəmə iddianı qismən qəbul edib.

Daha əvvəl Ərdoğanın vəkili Ahmet Özel tərəfindən İstanbul məhkəməsinə iddia təqdim edib. Orada deyilir ki, həbsindən sonra İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılan Ekrem İmamoğlu 20 mart 2025-ci ildə sosial media hesabında Prezident Rəcəb Tayyib Ərdoğanın şəxsiyyətini və peşəkar həyatını hədəf alan açıqlamalar verib.

Vəkil cavabdehin həmin tarixdən etibarən yaranan hüquqi faizlə yanaşı, mənəvi ziyana görə 250 000 türk lirəsi ödəməsi tələb edib.