İndoneziya filmi Netflix izləyicilərini həyəcanlandırır

09:26 13.05.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Netflix-də yayımlanan və “Rotten Tomatoes” icmal saytında təsirli 92 faiz bəyənmə reytinqinə malik olan “The Night Comes For Us” adlı qanqster filmi tamaşaçılarını ovsunlayıb. Tamaşaçılar filmi “hüdud tanımayan qan çanağı” kimi qiymətləndiriblər.

Hafta.az-ın yazdığına görə, 2018-ci ildə platformada yayımlanan İndoneziya filmi cinayət təşkilatının elit qatili İtodan bəhs edir. Lakin qətliamdan sağ çıxan balaca qıza yazığı gələrək onu öldürməyən qanqster İto həm təşkilatın, həm də onun keçmiş ən yaxın dostunun hədəfinə çevrilir.

Timo Tjahjanto tərəfindən yazılmış və rejissorluq etdiyi film komiks kimi düşünüldükdən sonra böyük ekrana uyğunlaşdırılıb. Baş rollarda Co Taslim və İko Uvays oynayıb.

Film “Pulse”nin icmalında “The Night Comes For Us”u "Sonsuz qan gölməçəsi. Nəfəsinizi tutmağınıza belə imkan vermədən sizi növbəti dəlilik səhnəsinə atır" kimi təsvir edilib.

“Variety”in icmalçısı, “Aksiyasevərləri razı salacaq istehsaldır. Filmdə son illərin ən kreativ, qanlı və göz qamaşdıran döyüş xoreoqrafiyası yer alır" bildirib və əlavə edib ki, filmin seriala çevrilməsi sürpriz olmayacaq.

InSession Film, “The Night Comes For Us”u "köhnə döyüş filmlərinin arzusunda olanlar üçün dinamik, təravətləndirici iki saatlıq film" kimi təsvir edib.

Bir izləyici yazıb: “Bu filmə vaxtaşırı dəfələrlə baxıram. Döyüş xoreoqrafiyasını çox sevirəm. Bəzi səhnələrdə bıçaqların girdiyini görəndə bədənim ürpənir".

Digər rəyçi İndoneziya aksiyon kinosunun üslubunu yüksək qiymətləndirib: “Sürətli, qəddar və qəşəng. İko Uvays və Co Taslim həmişəki kimi əla idilər. Hollivud onlardan çox şey öyrənə bilərdi".

Filmdəki döyüş səhnələrinin xoreoqrafiyasını baş rol ifaçısı İko Uvays edib. Uwais İndoneziya döyüş sənəti pencak silatdakı bacarığı ilə tanınır. Aktyor 2011-ci ildə çəkilən "Basqın" filmi ilə dünya şöhrəti qazandı, sonra isə "Basqın 2"də baş rolu və döyüş xoreoqrafiyasını üzərinə götürdü.