İngiltərə Türkiyənin dəmir yolu layihəsinin icrasına 878 milyon dollar ayırdı

11:17 25.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniya Mersini Adana, Osmaniyə və Qaziantep şəhərləri ilə birləşdirəcək yüksəksürətli elektrik dəmir yolunun tikintisi üçün 680 milyon funt sterlinq (təxminən 878 milyon dollar) maliyyə ayıracağını açıqlayıb.

Hafta.az-ın yazdfığına görə, maliyyələşdirmə Böyük Britaniyanın İxracın Maliyyələşdirilməsi Agentliyi (UKEF) tərəfindən Nəqliyyat Nazirliyi adından layihəni həyata keçirən "Rönesans Holding"ə təqdim olunacaq.

Böyük Britaniya ixracatçılarının layihənin təchizatçıları olması şərti ilə dəstək verilib.
"Rönesans İnşaat"ın törəmə şirkəti olan REC International Construction, Nəqliyyat və İnfrastruktur Nazirliyinin 2020-ci ilin ortalarında təşkil etdiyi Mersin-Adana-Osmaniyə-Qaziantep Yüksək Standart Dəmiryolu İnşaatı tenderini 6 milyard 749 milyon 818 min lirəlik təkliflə qazanıb.
Mersin və Qaziantep şəhərləri arasında səyahət müddətini 6 saatdan 2 saata endirməsi planlaşdırılan layihənin şəhərlərarası logistika xərclərini azaldacağı gözlənilir.

312 kilometrlik dəmir yolunun Türkiyənin ikinci ən böyük konteyner limanı olan Mersini daxili şəhərlərlə birləşdirməsi və logistika emissiyalarını ildə ən azı 150 min karbon dioksid ekvivalenti azaltması gözlənilir.

İndiki Mersin-Adana dəmir yolunda lokomotivlər dizellə işləyir.

Verilmiş 781 milyon avro kreditin 116 milyon avrosunu Avstriyanın OeKB şirkəti, 174 milyon avro hissəsini isə İtaliyanın SACE ixrac kredit təşkilatı həyata keçirib.

ING Bank və BNP Paribas da JP Morgan-ın vasitəçi bank kimi iştirak etdiyi kreditdə kreditor kimi iştirak edib.

Bildirilir ki, Rönesans Holdinq hazırda elektron infrastruktur, ESG (ətraf mühit, sosial, idarəetmə) məsləhət xidmətləri və mexaniki komponentlər üzrə müqavilələr üzrə danışıqlar aparmaq üçün Böyük Britaniyadakı təchizatçılarla əlaqə saxlayır.
Böyük Britaniyanın ixrac üzrə müşaviri Malcolm Offord, "Britaniya və Türkiyə ticarət əlaqələri getdikcə güclənir" şərhini verib.

Xəzinə və Maliyyə Naziri Məhmət Şimşək bildirib ki, layihənin əsas məqsədi Türkiyədə dəmir yolu əlaqəsini yaxşılaşdırmaq və davamlı alternativ nəqliyyat sxemi yaratmaqdır.