İnsan inkişafı indeksi: İsveçrə birincidir

09:40 18.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Millətlər Təşkilatının (BMT) hazırladığı insan inkişafı indeksində Rusiya 200 ölkə arasında 56-cı yerdə qərarlaşıb.

Hafta.az-ın “Nezavisimaya qazeta”ya istinadən yazdığına görə, Rusiya bu il qlobal reytinqdə 3 pillə geriləyib.

BMT insan inkişafı indeksini gözlənilən ömür və təhsil illəri, habelə alıcılıq qabiliyyəti paritetinə görə adambaşına düşən gəliri nəzərə alaraq yaradır.

İndeksin ilk 7-liyi İsveçrə, Norveç, İslandiya, Honq-Konq, İsveç, Danimarka və Almaniyadır. Türkiyə siyahıda 45-ci yerdədir.

Bu ölkələrdə orta ömür 82-84 il arasındadır. Adambaşına düşən illik gəlir 55-69 min dollar arasındadır. Bu yeddi ölkənin vətəndaşları orta hesabla 12 ildən çox təhsil alırlar.

Rusiyada orta ömür 70,1 ildir. Adambaşına düşən gəlir 27 min dolların altındadır. Bununla belə, Rusiyada orta təhsil müddəti 12,4 il olmaqla dünya liderləri səviyyəsindədir.