İnternet klub işlədən sahibkar və müştərilər cərimələndi

13:42 02.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları şəhərin 20 Yanvar küçəsində karantin qaydalarını pozaraq fəaliyyət göstərən internet klub aşkar ediblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, internet klubu işlədən şəhər sakini B.İsmayılov və orada olan 3 müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq olunub.