İqtisadiyyat naziri Moldova səfiri ilə görüşüb

14:25 07.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İqtisadiyyat naziri Mikayıl Cabbarov Moldovanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko ilə görüşüb.

Hafta.az-ın yazdığına görə, görüşdə Azərbaycanın Moldova ilə iqtisadi münasibətlərinin inkişaf istiqamətləri, investisiya, ticarət, energetika və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın əməkdaşlığımızın dərinləşməsində önəmi vurğulanıb, ölkələrarası ticarət dövriyyəsinin artırılması ilə yanaşı, enerji, nəqliyyat-logistika, kənd təsərrüfatı, İKT, bərpa olunan enerji və digər istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə olunub. Qeyd edilib ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi ilə bağlı Strateji Tərəfdaşlıq sazişinin həyata keçirilməsi Moldovanın da yerləşdiyi regionun enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayacaq.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.