İran administrasiyası ölkənin aparıcı sünni liderlərindən olan Mövləvi Əbdülhəmid İsmayılzehinin Həcc ziyarətinə getməsinə mane olub.
Hafta.az-ın Mepanews-a istinadən yazdığına görə, İsmailzehinin ofisindən verilən açıqlamada İran rəsmilərinin sünni liderinin Həcc ziyarətinə icazə verilməyəcəyini bəyan etdiyi bildirilib.
Sistan Bəlucistanın aparıcı sünni rəy liderlərindən olan 76 yaşlı Mövləvi Əbdülhəmid İsmayılzehin Həcc ziyarətinə niyə buraxılmamasının səbəbi açıqlanmayıb.
İsmailzehi Zahidan şəhərində cümə imamı olaraq verdiyi xütbələrdə daha çox ictimai mövzulara toxunduğu halda, İran rejiminin illər keçdikcə artan təzyiqləri ilə siyasi mövzulardan da söz açmağa başlayıb. Xüsusilə 2022-ci ildə etiraz prosesində İsmayılzehi birbaşa rejimi hədəfə alıb və Bəlucistanda dinc əhalinin qətliamında dini lider Əli Xameneini günahlandırıb.
İsmayılzehi etirazları dəstəkləməkdə qərarlıdır və o, İran rejimini regionda sünnilərə qarşı ayrı-seçkilik etməkdə ittihamlayıb.
Bu arada, İnqilab Keşikçiləri Xameneini mülki qırğına görə məsuliyyət daşıdığını deyən adıçəkilən sünni alimi hədələyib.
40 ildən artıq İslam elmlərini tələbələrinə öyrədən İsmailzehi 24 ildir ki, hədisdən, xüsusilə də “Səhih-Buxari”dən dərs deyir.
Zahidandakı “Darul Ulum” mədrəsəsində 2 minə yaxın tələbə təhsil alır. Eyni zamanda İsmailzehi Bəlucistanda 60-a yaxın müxtəlif mədrəsənin baş direktorudur.